Vista Alegre

Əsası 1824-cü ildə qoyulan Vista Alegre Farfor Fabriki Portuqaliyada farfor istehsal edən ilk sənaye şirkəti olub. Bu şirkətin yaradıcısı olan Xose Ferreira Pintonun əzmkarlığı müəssisənin işə başlamasında və uğurunda rol oynayıb. O dövrdə torpaq sahibi, cəsur tacir və o dövrün Portuqaliya cəmiyyətində görkəmli şəxsiyyət olan Xose Ferreira Pinto Basto müdrikcəsinə 19-cu əsrin liberal ideyalarını qəbul edərək "azad təşəbbüsün ilk nümunəsi" olub.

Xose Ferreira Pinto Basto, 1812-ci ildə Ilhavo şəhərinin yaxınlığında yerləşən Aveiro axınında Ermida fermasını alması ilə başladı. 1816-cı ildə bu sahibkar Vista Alegre kilsəsini açıq auksionda, eləcə də Vista Alegre fabrikini inşa edəcəyi ətraf ərazini əldə etdi.

1824-cü ildə Jose Fereyra Pinto Bato kral João VI-ya müraciət etdi ki “Tərəfdaşlar kimi bərabər hüqüq əsasında bütün oğulları üçün onun Vista Alegre da Ermida adlanan fermasında saxsı qablar, farfor, şüşə qabları və kimyəvi emal zavodunu tiksin”.

Zavod şüşə qablar və sabun daşları tərkibli keramika istehsal etməklə başladı, çünki farfor gilinin tərkibi hələ məlum deyildi. Fabrikdə yüksək keyfiyyətli şüşə qablar, xüsusilə relyefli bəzək əşyaları, oyma naxışlar və bəzəkli hüdudlar, habelə incə oymalı medalyonlar istehsal olunurdu. 1880-ci ildə Vista Alegre yalnız farfor üzərində dayanmaq üçün şüşə qabların istehsalını dayandırdı.

Farfor istehsalı ilə bağlı çətinliklərin öhdəsindən gəlmək üçün təsisçinin oğlu Augusto Ferreira Pinto Basto, Fransadakı Sevr Farfor Fabrikində gedərək farfor gilinin tərkibini araşdırdı və lhavonun şimalında, 1832-ci ildə böyük kaolin yataqlarının tapılması üçün vacib olacaq biliklərə yiyələndi.


1832 ilə 1840 arasında müntəzəm farfor istehsalı, farfor və şüşənin keyfiyyətində əhəmiyyətli irəliləyişlərə səbəb oldu. İstehsal texnoloji təkmilləşmədən də bəhrələndi. Bundan əlavə, keramika sahəsində böyük təcrübəyə malik olan beynəlxalq usta sənətkarların işə götürülməsi farfor istehsalında gələcək yüksək ixtisaslı yerli sənətkarların öyrədilməsinə imkan yaratdı.

1851-ci ildə Vista Alegre, Londonda yerləşən Kristal Sarayında Universal Sərgidə iştirak etdi. 1867-ci ildə şirkət Paris Universal Sərgisində beynəlxalq şöhrət qazandı. 1852-ci ildə Kral II Fernandonun Vista Alegre Zavoduna ziyarətindən sonra Kral Evi üçün tam bir nahar dəsti hazırlanmışdır.

Sonrakı illərdə daha böyük sənaye inkişafı müşahidə edildi. Lirik və romantik tonları əldə etməklə üslublar daha da asanlaşdı, yeni mexaniki bəzək üsulları tətbiq olundu. Buna baxmayaraq əsrin başlanğıcı iqtisadiyatın zəiflənməsini vəd edirdi. Bütün ölkədə hiss olunan sosial böhran və siyasi iğtişaşlar, şirkətin zəif idarəetmə və müəyyən sənət meyllərinin olmaması ilə daha da ağırlaşan şirkət üçün ciddi çətinliklərə səbəb oldu. Bu çətinliklər XX əsrin əvvəllərinə qədər davam edəcəkdir.

1924-cü ildə João Teodoro Ferreyra Pinto Bastonun direktor müavini seçilməsindən sonra şirkət bərpa müddətində başladı. Sənayə inkişafı və biznesin böyüməsi bədii canlanma ilə müşahidə olundu. 20-ci əsrin əvvəllərinə xarakter olan Art Deco və Funksionalizm kimi müasir üslublar şirkətin sosial və estetik dəyişimlərinə adaptasiyaya qadir olmağını göstərdi.

Bu uğurlu dövr sonrakı onilliklərdə möhkəmləndi. Sənayenin rekonstruksiyası(yenidən qurulması) şirkətə gəlirini çoxaltmaq, artan tələbatı ödəmək və bazarın qloballaşma problemlərini həll etmə qabiliyyətini artırmağa imkan verdi. Digər tərəfdən, şirkətin sənətkarların “bil-necə” üsulu və yüzillik ənənələrinə əsaslanan yüksək ixtisaslaşmış istehsal fəaliyyəti Zavodu Avropanın ən nüfuzlu istehsalçıları arasında lider mövqeyini qorumağa imkan verdi.

1947-1968-ci illər arasında ixracın artması, yeni avadanlıqların quraşdırılması, ixtisaslaşmış texniki kadrların hazırlanmasına diqqətinin artırılması və Avropa həmkarları ilə əməkdaşlığı şirkətin biznesini yeni bazarlara çatdırılmasına imkan verən əhəmiyyətli texniki inkişafa səbəb oldu.

Eksklüziv parçalar istehsal etmək ənənəsi başladı, bunlardan Əlahəzrət Kraliça II Yelizaveta üçün hazırlanan şam yeməyi bunun bariz nümunəsidir. Müasir sənətkarlarla iş birliyi də getdikcə daha da artdı.

1964-cü ildə açılan Vista Alegre muzeyi şirkətin uzun və zəngin tarixə şahidlik edən öz ekspanat kolleksiyası ilə fəxr edə bilər.

Uzun tarix boyu həmişə Portuqaliya tarixi və mədəniyyəti ilə sıx əlaqəli olan Vista Alegre brendi misilsiz tanınma və görünməyə nail olmuşdur.

İctimaiyyət tərəfindən tanınması, keyfiyyəti və şirkətin innovasiya və dizayn sahəsindəki sərmayəsi, Vista Alegre-ni dünya səviyyəsində simvolik statusa sahib olmaq üçün çox az sayda olan Portuqal lüks markalarından birinə çevirdi.

Ciddiliyi, incəliyi və universallığı əsas dəyərlər kimi qəbul edən Vista Alegre ənənə və müasirliyi ahəngdar şəkildə birləşdirə bildi və mədəni meyllərə uyğun oldu. Portuqaliya mədəniyyətini dünyaya yayan Vista Alegre məhsulları ən son dizayn meyllərini əks etdirir və ən yüksək keyfiyyət və işləmə standartlarına uyğun olaraq istehsal olunur.

Vista Alegre loqotipi şirkətin tarixində hər yaşın estetik və mədəni dəyərlərini əks etdirmək üçün dəyişdi. Bu, müasirlik ilə daim maraqlandığını və şirkətin məhsullarında əks olunan dizayn təkamülü və sənət hərəkətlərinə uyğunlaşma səyini ifadə edir.

Vista Alegre farfor qabları, bəzək əşyaları, hədiyyə qabları, otel əşyaları, yüksək keyfiyyətli şüşə və büllur və 18/10 paslanmayan poladdan hazırlanan bıçaqlar istehsal edir.

Ən müasir istehsal texnikalarından əlavə, farfor zavodunda istehsal olunan parçaları bəzəmək üçün məsuliyyət daşıyan 17 rəngsaz də çalışır.

Klassik üslubdan müasir üsluba qədər müxtəlif məhsullar təklif edən brend geniş istehlakçı kütləsini cəlb edir.

Uzun bir mədəniyyət ənənəsinin müasir varisi Vista Alegre, Carsten Gollnick, Sam Baron, Kərim Rəşid, Joana Vaskonselos, Roberto Çiçorro və Kristian Lakroix kimi nüfuzlu beynəlxalq dizaynerlərin yaratdığı saysız-hesabsız kolleksiyalarda əks olunan müasir dəyərləri özündə cəmləşdirməyi bacardı.

Yeni bədii layihələr, məsələn, 1 + 1 = 1, 2i - Beynəlxalq rəssamlar və Müasir Rəssamlar Layihəsi, eləcə də otel qablarının inkişafı üçün dünyanın ən yaxşı aşpazları ilə tərəfdaşlıq yaradılması, istehsal dövrü boyunca keyfiyyətə sərt nəzarət prosedurlarının qəbul edilməsi, bazarda uzunmüddətli nüfuzunun möhkəmlənməsinə töhfə verən, məhdud sayda nəşrlərin yaradılması, brendin fərqləndirici xüsusiyyətlərindəndir.

Vista Alegre, eyni zamanda, rəqabət qabiliyyətini artırmaq məqsədi ilə istehlakçı tərəfindən sifariş edilmiş, fərdi üslubda hazırlanmış parçaları da istehsal edir.

Sözsüz bir keyfiyyətlə müttəfiq olan bu xüsusiyyətlər Vista Alegre dəstlərini Əlahəzrət Kraliça II Yelizaveta, İspaniyanın Əlahəzrət Kralı Juan Carlos və Hollandiyanın Əlahəzrət Kraliçası Beatrix, həm də Ağ Evdə, Braziliya Prezident Evində, Portuqaliya Respublikası Prezident Evində və dünyada, həm dövlət, həm də özəl olaraq saysız-hesabsız səfirlik və qurumlar də daxil olmaqla dünyanın bəzi vacib şəxslərinin masalarına yerləşdirmişdir..

Geniş və tələbkar bir cəmiyyət tərəfindən seçilən Vista Alegre, saysız-hesabsız mütəxəssislər tərəfindən yüksək keyfiyyətli farfor istehsalçısı kimi tanınır və 2010, 2011, 2012 və 2013-cü illərdə nüfuzlu təşkilat Superbrands tərəfindən Mükəmməllik statusuna layiq görülüb.